28/08/2025
Son günlər Azərbaycanda iri internet provayder şəbəkələri DDoS tipli kiberhücumların hədəfinə çevrilir. Bu məsələnin aktuallığı və alternativ həll yolları ilə bağlı PROSOL-un İdarə Heyətinin üzvü Araz Əyyubov və Kiberəməliyyatlar Departamentinin rəhbəri Zaur Qədirov İTV-yə müsahibə veriblər. Müsahibə zamanı Zaur Qədirov hücumların necə baş verdiyini və prosesin mahiyyətini izah edib, Araz Əyyubov isə mövcud risklərə qarşı tətbiq oluna biləcək texniki həlləri bölüşüb. Müsahibəni izləyərək siz də DDoS hücumları barədə daha çox məlumat əldə edə, həmçinin bu hücumlara qarşı mübarizə yolları ilə tanış ola bilərsiniz.
̈kəsizlik